28 İyun 2025, 17:21
FUTBOL
Vinsent Till ilə mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.
"Sabah" Vinsent Till ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, lüksemburqlu yarımmüdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, Till 2023-cü ildən etibarən "Sabah"ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 35 oyuna çıxaraq, 3 qol vurub.