Belçikanın "Yunion" klubunun yaponiyalı müdafiəçisi Koki Maçida "Hoffenhaym"a keçib.

Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, futbolçunun dəyəri 11 milyon avro olaraq qiymətləndirilsə də, transfer 4,75 milyon avro təşkil edib.

Qeyd edək ki, Yaponiya millisinin 27 yaşlı mərkəz müdafiəçisi ötən mövsüm "Yunion"da 48 oyun keçirib və 1 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest