28 İyun 2025, 14:38
FUTBOL
"Real"ın hücumçusu Kilian Mbappe klublararası dünya çempionatının 1/8 finalında "Yuventus"a qarşı keçiriləcək oyunda iştirak edə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı AS paylaşıb.
Bildirilir ki, Mbappe Turin klubu ilə oyun öncəsi madridlilərin 3 məşqində iştirak edəcək. Beləliklə, o, lazımi fiziki hazırlığı qazanacaq.
Xatırladaq ki, iyunun 19-da fransız futbolçu kəskin qastroenterit diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
"Real" – "Yuventus" qarşılaşması iyulun 1-də, saat 23:00-da start götürəcək.