İtaliya Futbol Federasiyası (FIGC) Cennaro Qattuzonun milli komandaya baş məşqçi təyin olunduğunu açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı federasiyanın rəsmi satı paylaşıb.

Bildirilir ki, 47 yaşlı mütəxəssisin millinin çalışdırıcısı kimi iyunun 19-da təqdim ediləcəyi vurğulanır.

Daha əvvəl mətbuatda Qattuzonun 1 illik müqavilə imzalayacağı və müqaviləni daha bir mövsüm uzatmaq ehtimalı ilə bağlı xəbərlər yayılmışdı.

Qeyd edək ki, iyunun 5-də Qattuzo Xorvatiyanın "Hayduk" klubunun baş məşqçisi postunu tərk edib. 47 yaşlı mütəxəssis karyerası ərzində "Marsel", "Valensiya", "Napoli", "Milan" və digər komandalara da rəhbərlik edib.

DÇ-2026-nın seçmə mərhələsində İtaliya millisi iki turundan sonra 3 xal toplayıb və qrupda üçüncü pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest