14 İyun 2025, 21:18
FUTBOL
"Fiorentina" hücumu gücləndirmək üçün bir neçə variantı nəzərdən keçirərək Moise Kinin yerinə oyunçu axtarır. Əsas namizəd "Beşiktaş"dan Çiro İmmobiledir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Corriere dello Sport" paylaşıb.
Bildirilir ki, İmmobile ilə "Milan" da maraqlanır. Futbolçunun agenti artıq "rossonerlər" ilə danışıqlar aparıb. Rəqibini qabaqlamaq üçün "Fiorentina" 35 yaşlı italiyalıya 2 illik müqavilə təklif ediblər.
Qeyd edək ki, ötən mövsüm İmmobile 15 qolla Türkiyə klubunun bombardiri olub.