14 İyun 2025, 18:50
FUTBOL
"Atletiko" "Liverpul"un müdafiəçisi Endryu Robertsonu transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.
Bildirilir ki, ingilis klubunun yüksək maliyyə tələbləri səbəbindən Madrid klubu üçün transfer məsələsində razılığa gəlmək çətin olacaq. Lakin "Atletiko" razılığa gəlməyə çalışmaq niyyətindədir.
Qeyd edək ki, Robertson 2017-ci ilin yayından "Liverpul"da çıxış edir. Onun klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.