"Qalatasaray" hücumçu Leroy Sanenin keçidini tamamladıqdan sonra "Mançester Siti"nin 30 yaşlı yarımmüdafiəçisi Bernardo Silvanı transfer etməyi düşünür.

Matc.az xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb.

Bildirilir ki, "Qalatasaray" portuqaliyalı futbolçu ilə maraqlanan "Benfika" ilə rəqabət apara bilər. Türkiyə nəhəngi yarımmüdafiəçini daha yüksək maaşla təmin edə bildiyi üçün Silvanı almaq şansının daha çox olduğu vurğulanır.

Qeyd edək ki, Silva 2017-ci ilin yayından "Mançester Siti"də çıxış edir. Ötən mövsüm yarımmüdafiəçi bütün yarışlarda 49 matçda iştirak edib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib. Bernardonun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalında oyunçunun dəyəri 38 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest