14 İyun 2025, 16:40
FUTBOL
"Frozinone"nin futbolçusu İsak Vural İtaliyada klubunu dəyişəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
A Seriyasına yüksələn "Pisa" türk yarıımmüdafiəçinin keçidini həll edib. "Frozinone" bu transferdən 4,5 milyon avro qazanacaq. 19 yaşlı futbolçu yeni klubu ilə 3+1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, "Frozinone" İsak Vuralı mövsümün əvvəlində "Hammarbü"dən (İsveç) transfer edib. Türkiyə U-21 millisinin üzvü B Seriyası təmsilçisinin heyətində keçirdiyi 24 oyunda 2 qol ötürməsi edib.