14 İyun 2025, 15:34
FUTBOL
"Tottenhem" "Brenford"un futbolçusu Brayan Mbemonu transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Guardian" nəşri məlumat yayıb.
"Brentford"u "Tottenhem"ə dəyişən baş məşqçi Tomas Frank kamerunlu vingeri yenidən sərəncamında görmək istəyir. Şimali londonlular 25 yaşlı futbolçu üçün onun klubuna 80 milyon avro təklif edəcək.
Qeyd edək ki, Brayan Mbemo ötən mövsüm "Brentford"un heyətində keçirdiyi 42 oyunda 20 qol vurrub, 9 qol ötürməsi edib.