"Bolonya" ilə anlaşa bilməyən Edin Ceko İtaliyadan növbəti təklif alıb.

Matc.az xəbər verir ki, "Fiorentina" bosniya və herseqovinalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Florensiya təmsilçisi Cekoya illik 2 milyon avro maaş almaqla 2 illik müqavilə təklif edib. 39 yaşlı forvardın bu təklifi qəbul edəcəyii gözlənilir.

Qeyd edək ki, Edin Cekonun son klubu "Fənərbaxça" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest