"Əl-Nəsr"in baş məşqçisi Stefano Piolinin klubdakı gələcəyi müəyyənləşib.

Matc.az insayder Nikola Skiraya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi italyan mütəxəsslə yollarını ayıracaq. Rəhbərlik baş məşqçinin işindən razı deyil.

Pioli ölkəsinə qayıdacaq. 59 yaşlı çalışdırıcı "Fiorentina" ilə anlaşıb. Onunla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Stefano Pioli ötən ilin sentyabr ayında "Əl-Nəsr"in baş məşqçisi təyin olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest