14 İyun 2025, 10:58
FUTBOL
"Sassuolo"nun yarımmüdafiəçisi Uroş Raçiç Türkiyədə çıxış edə bilər.
Matc.az xəbər verir ki, bu barədə "O Jogo" nəşri məlumat yayıb.
"Beşiktaş" serbiyalı futbolçunu transfer etmək istəyir. "Qara qartallar" Uroş Raçiç üçün İtaliya klubu ilə danışıqlara başlayacaq. Transferin reallaşmaq ehtimalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, Serbiya millisinin üzvü olan Uroş Raçiç ötən mövsüm icarə əsasında "Braqa"da çıxış edib.