"Napoli" heyətinə yeni müdafiəçi cəlb edib.

Matc.az xəbər verir ki, İtaliya çempionu "Empoli"dən Luka Marianuççini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Napoli" italiyalı mərkəz müdafiəçisi üçün "Empoli"yə 9 milyon avro təzminat ödəyib. 20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Luka Marianuççi ötən mövsüm "Empoli"nin heyətində keçirdiyi 24 oyunda 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest