12 İyun 2025, 21:50
FUTBOL
Dubay polisi niderlandlı futbolçu Kuinsi Promesi evində həbs edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "De Telegraaf" paylaşıb.
Futbolçunun həbs edilməsini vəkili Cem Polat təsdiqləyib. Çox güman ki, onun həbsi Niderlanda ekstradisiya tələbi ilə bağlıdır. Promesin 7 il yarımlıq həbs cəzasını çəkəcəyi vətəninə ekstradisiya olunacağı gözlənilir.
Xatırladaq ki, 33 yaşlı futbolçunun apelyasiya şikayətində həbsi ilə bağlı qərarın dayandırılması vəsatəti rədd edilib.
Kuinsi Promes narkotik qaçaqmalçılığı və əmisi oğluna hücum etməkdə təqsirli bilinir.