11 İyun 2025, 14:20
FUTBOL
"Roma"nın futbolçusu Leandro Paredes sabiq klubu "Boka Xuniors"a qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "Calcio Mercato" məlumat yayıb.
Argentinalı yarımmüdafiəçi "Roma"nın yeni baş məşqçisi Can Pyero Qasperinin planlarına daxil deyil. Paredes Argentina klubu ilə danışıqlara başlayıb. Tərəflərin anlaşmağ yaxın olduğu bildirilir.
Qeyd edək ki, Leandro Paredes 2023-cü ilin yayından "Roma"da çıxış edir. 30yaşlı futbolçu ötən mövsüm A Seriyası təmsilçisinin heyətində keçirdiyi 33 oyunda 4 qol vurub, 2 qol ötürməsi edib.