"Bavariya"nın müdafiəçisi Kim Min-ce Səudiyyə Ərəbistanına yollanmağa hazırlaşır.

Matc.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.

"Əl-Nəsr" cənubi koreyalı müdafiəçini transfer etmək istəyir. Ərəblərdən sərfəli təklif alan 28 yaşlı futbolçu klubunu dəyişməyə isti yanaşır.

Qeyd edək ki, Kim Min-ce ötən mövsüm "Bavariya"nın heyətində keçirdiyi 43 oyunda 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest