"Bavariya" ilə müqaviləsi başa çatan Leroy Sane karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Almaniya millisinin üzvü "Qalatasaray"la anlaşıb. Sane İstanbul nəhəngi ilə illik 15 milyon avro maaş olmaqla 3 illik müqavilə imzalayacaq. 29 yaşlı vinger "Arsenal", "Fənərbaxça" və "Əl-Hilal"ın təklifini qəbul etməyib.

Qeyd edək ki, Leroy Sane ötən mövsüm "Bavariya"nın heyətində keçirdiyi 45 oyunda 13 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest