11 İyun 2025, 10:31
FUTBOL
"Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Subimendi İngiltərə Premyer Liqasında çıxış etməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "Diario AS" nəşri məlumat yayıb.
"Arsenal" 26 yaşlı ispan futbolçunun keçidini həll etmək üzrədir. London klubu İspaniya millisinin üzvü üçün qarşı tərəfə 70 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Martin Subimendi ötən mövsüm "Real Sosyedad"ın heyətində keçirdiyi 48 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.