11 İyun 2025, 02:00
FUTBOL
Hücumameyilli yarımmüdafiəçi Florian Virtz "Bayer"dən "Liverpul"a keçir. Transfer məbləği 150 milyon avrodur.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano məlumat paylaşıb.
Bildirilir ki, 22 yaşlı futbolçunun transferi qaçılmazdır. Hazırda Virtz tibbi müayinədən keçməyə və müqavilə imzalamağa hazırlaşır.
Qeyd edək ki, ötən mövsüm Virtz bütün turnirlərdə 45 matçda iştirak edib, 16 qol vurub və 15 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyərini 140 milyon avro olaraq qiymətləndirir.