10 İyun 2025, 19:05
FUTBOL
"Mançester Siti" "Çelsi"nin qapıçısı Markus Bettinellini transfer edib.
Matc.az xəbər verir ki, bu barədə Mançester klubunun rəsmi saytı məlumat yayıb.
33 yaşlı futbolçu 1 illik müqavilə imzalayıb və komanda ilə ABŞ-da keçiriləcək klublararası dünya çempionatına yollanacaq.
Xatırladaq ki, Bettinelli 2021-ci ildən "Çelsi"nin futbolçu olub, lakin o, 4 mövsümdə londonluların heyətində cəmi bir oyun keçirib.