10 İyun 2025, 18:26
FUTBOL
"Yuventus"un rəhbərliyi növbəti mövsüm üçün komandaya uyğun baş məşqçi tapa bilmədiyi üçün hazırkı çalışdırıcı xorvatiyalı İqor Tudoru vəzifəsində saxlayıb.
Matc.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb.
Bildirilir ki, məlumatı Turin klubunun baş direktoru Demyen Komolli də təsdiqləyib.
Xatırladaq ki, Tudor Tiaqo Mottanın istefasından sonra "Qoca sinyoraya" müvəqqəti baş məşqçi kimi dəvət edilmişdi. Onunla 2026-cı ilin yayına qədər, lakin "0,5+1" sxemi ilə müqavilə imzalanıb.
İtaliya çempionatında 70 xalla 4-cü yeri tutaraq komandanı Çempionlar Liqasına çıxara bildiyi üçün Tudora "Yuventus"da şans vermək qərarına gəliblər.