Adil Şükürov "Kəpəz"in yeni baş məşqçisi olub.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.

Qərb təmsilçisi təcrübəli mütəxəssislə 2 illlik müqavilə imzalayıb.

Qeyd edək ki, Şükürov 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi olan dövrdə "sarı-göylər"i çalışdırıb.

Adil Şükürov Gəncə klubunda futbolçu qismində də çıxış edib. O, 1999/2000 mövsümündə "Kəpəz"in heyətində ölkə çempionatının gümüş medalını qazanıb və Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest