"Arsenal" İngiltərə millisi və "Kristal Pelas"ın futbolçusu Mark Qehini transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Gunner Blog" paylaşıb.

Müdafiəçinin "Kristal Pelas"la müqavilə müddətinin bitməsinə 1 il qalsa da, adı satışa çıxarılanların siyahısında yer alıb. 24 yaşlı futbolçu üçün təzminat məbləğinin 60 milyon avro civarında olduğu bildirilir.

Qeyd edək ki, Qehi 2021-ci ildən "Kristal Pelas"ın formasını geyinir. O, bu müddətdə meydana çıxdığı 132 matçda 6 qolla yadda qalıb. Futbolçu 2022-ci ildən İngiltərə millisinin formasını geyinir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest