"Vest Hem"in futbolçusu Nayef Aqerd karyerasını Almaniyada davam etdirə bilər.

Matc.az xəbər  verir ki, bu barədə "Team Talk" məlumat yayıb.

"Bayer" mərakeşli mərkəz müdafiəçisini transfer etmək istəyir. Leverkuzen klubunun baş məşqçisi Erik ten Haq rəhbərlikdən Aqerdin transferini tələb edib. "Vest Hem" 29 yaşlı futbolçu üçün 30 milyon avro tələb edib.

Qeyd edək ki, Nayef Aqerd ötən mövsüm icarə əsasında "Real Sosyedad"da çıxış edib. Mərakeş millisinin üzvü La Liqa təmsilçisinin heyətində 36 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest