09 İyun 2025, 19:53
FUTBOL
Simone İnzagi ilə yollarını ayıran "İnter"in yeni baş məşqçisi müəyyənləşib.
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, A Seriyası təmsilçisini Kristian Kivu çalışdıracaq.
"İnter" rumıniyalı məşqçi ilə 2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulmuş sözləşmə imzalayıb.
Qeyd edək ki, Kristian Kivu "Parma"nı çalışdırırdı. "İnter" 44 yaşlı məşqçi üçün onun klubuna təzminat ödəyib.