"Brayton" müqaviləsi başa çatan Tarik Lempti ilə bağlı qərar verib.

Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi qanalı sağ cinah müdafiəçisinin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuaat xidməti məlumat yayıb.

24 yaşlı futbolçu ilə gələn ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, "Brayton" Tarik Lemptini 2020-ci ilin yanvar ayında "Çelsi"dən transfer edib. Qana millisinin üzvü ötən mövsüm "qağayılar"ın heyətində keçirdiyi 20 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest