09 İyun 2025, 14:01
FUTBOL
"Çelsi" heyətinə yeni müdafiəçi cəllb edib.
Matc.az klubun rəsmi saytına istinaddən xəbər verir ki, "mavilər" "Strasbur"dan Mamadu Sarrı transfer edib.
"Çelsi" fransalı mərkəz müdafiəçisi üçün onun klubuna 20 milyon avro təzminat ödəyib. 19 yaşlı futbolçu ilə 2033-cü ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Fransa U-20 millisinin üzvü olan Mamadu Sarr ötən mövsüm "Strasbur"un heyətində keçirdiyi 29 oyunda 1 qol ötürməsi edib.