İtaliya Futbol Federasiyası milli komandanın baş məşqçisi Lusiano Spaleetti ilə yollarını ayıracaq.

Matc.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, artıq yığmanın yeni çalışdırıcısının kim olacağı da müəyyənləşib.

"Roma"dan ayrılan Klaudio Ranyeri millinin baş məşqçisi təyin olunacaq. 73 yaşlı mütəxəssissin təyinatının qısa zamanda rəsmiləşəcəyi bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest