"Əl-Nəsr"lə müqaviləsi başa çatan Kriştiano Ronaldo gələcəyi ilə bağlı qərarını verib.

Matc.az xəbər verir ki, portuqaliyalı ulduz Səudiyyə Ərəbistanı klubunda qalacaq.

Ronaldo UEFA Millətlər Liqasının İspaniya millisi ilə final matçından sonra "Əl-Nəsr"də qalacağını bildirib. 40 yaşlı hücumçu klubla yeni müqavilə imzalayacaq.

Qeyd edək ki, Kriştiano Ronaldo 2023-cü ilin yayından "Əl-Nəsr"də çıxış edir. Təcrübəli forvard komandanın heyətində keçirdiyi 105 oyunda 105 qol vurub, 19 qol ötürməsi  edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest