09 İyun 2025, 01:55
FUTBOL
Fabio Kannavaro İtaliya millisinin yeni baş məşqçisi ola bilər.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Kannavaronun son iş yeri Zaqreb "Dinamo"sudur. Mütəxəssis bu komanda ilə 2024-cü ilin dekabrından 2025-ci ilin aprelinə kimi çalışıb.
Millinin baş məşqçisi postuna digər namizədlər Klaudio Ranyeri və Stefano Piolidir.
Qeyd edək ki, İtaliya millisi təsnifat mərhələsinin I qrupunda dördüncü yerdədir (0 xal).