"Roma"nın və "İnter"in sabiq hücumçusu Edin Ceko A Seriyasına qayıtmağa yaxındır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Football Italia" paylaşıb.

Bildirilir ki, bosniyalı futbolçu "Bolonya"nın direktoru Covanni Sartori ilə danışıqlar aparıb. "Bolonya"nın baş məşqçisi Vinçenzo İtalyano artıq transferə razılıq verib.

Qeyd edək ki. Cekonun "Fənərbaxça" ilə müqaviləsi ayın sonunda başa çatır və 39 yaşlı hücumçu yeni klubuna azad agent kimi keçəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest