"Real" 33 yaşlı qapıçı Tibo Kurtua ilə 2026-cı ilin yayında başa çatacaq müqaviləsini uzatmaq niyyətindədir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkə hesabında insayder Fabrisio Romano paylaşıb.
Bildirilir ki, Madrid klubu belçikalı qolkiperin oyun səviyyəsindən çox razıdır. "Kral klubu" iyulun 1-də Kurtuaya yeni müqavilə təklif edəcək. Müqavilənin yayın sonuna qədər imzalanacağı gözlənilir.
Qeyd edək ki, Kurtua 2018-ci ilin yayından "Rela"da çıxış edir. Ötən mövsümdə qapıçı bütün turnirlərdə 47 matçda iştirak edib, bunun 15-də qapınısı toxunulmaz saxlayıb. 33 yaşlı qapıçının klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 25 milyon avrodur.