"Liv Bona Dea Arena"da keçiriləcək Azərbaycan – Macarıstan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Yoldaşlıq görüşü çərçivəsində iyunun 10-da, "Liv Bona Dea Arena"da keçiriləcək Azərbaycan – Macarıstan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Matc.az xəbər verir ki, öncə millimizin baş məşqçisi Fernandu Santuş media nümayəndələrinin qarşısına çıxacaq.

Daha sonra isə Macarıstan millisinin baş məşqçisi Marko Rossinin mətbuat konfransı baş tutacaq.

9 iyun

Azərbaycan milli komandası

16:15. Mətbuat konfransı
17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Macarıstan milli komandası

18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
19:45. Mətbuat konfransı

Qeyd edək ki, bütün tədbirlər oyunun keçiriləcəyi stadionda baş tutacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest