21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununu keçirəcək.

Matc.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Monteneqro millisi ilə üz-üzə gələcək. 

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, millimiz iyunun 4-də səfərdə Belarus yığmasına 3:1 hesabı ilə uduzub.

Yoldaşlıq oyunu
U-21

20:00. Azərbaycan – Monteneqro
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest