08 İyun 2025, 01:41
FUTBOL
ABŞ və Türkiyə yığmaları arasında yoldaşlıq oyunu başa çatıb.
Matc.az xəbər verir ki, qonaqlar 2:1 hesabı ilə əzmkar qazanıblar.
ABŞ yığması görüşün ilk dəqiqəsində hesabda önə keçib. Yarımmüdafiəçi Cek Makqlinn fərqlənib. Türkiyə 24-cü dəqiqədə hesabı bərabərləşdirib. Qolu "Real"ın futbolçusu Arda Gülər vurub. Üç dəqiqə sonra Kərəm Aktürkoğlu ikinci qolu Amerika millisinin qapısına göndərib.
Qeyd edək ki, Türkiyə yığması növbəti yoldaşlıq oyununu iyunun 11-də Meksika ilə keçirəcək.