Bakıda başlayacaq məşqlərə iyunun 18-də start veriləcək.

"Qarabağ"ın mövsümlərarası fasilə dövründəki hazırlıq planı müəyyənləşib.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bakıda başlayacaq məşqlərə iyunun 18-də start veriləcək. Paytaxtdakı toplanış iyulun 2-dək davam edəcək.

Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Komanda iyulun 2-dən 16-dək bu ölkədə təlim-məşq toplanışı keçirəcək. "Qarabağ" Zell-Am-Seenin Kaprun bölgəsində yerləşən "Tauern" otelində məskunlaşacaq.

Hazırlıq çərçivəsində üç oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Rəqiblər barədə daha sonra ictimaiyyətə məlumat veriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest