İtaliya millisinin baş məşqçisi Luçano Spaletti postunu tərk edə bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Canluka Di Marsio paylaşıb.

Bildirilir ki, iyunun 10-da o, İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina ilə görüşərək milli komandadakı gələcəyi müzakirə edəcək.

Əgər İtaliya Futbol Federasiyasının rəhbərliyi Spalettini istefaya göndərmək qərarına gəlsə, o zaman böyük ehtimalla onu ya "Milan"ın sabiq baş məşqçisi Stefano Pioli, ya da "Roma"nın keçmiş çalışdırıcısı Klaudio Ranyeri əvəz edəcək.

Qeyd edək ki, iyunun 6-da DÇ-2026-nın seçmə mərhələsində italyanlar Norveçə 0:3 hesabı ilə uduzublar.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest