"Barselona" 33 yaşlı qapıçı Mark-Andre ter Ştegenə 1 illik müqaviləsi üçün ödənilməli olan bütün pulu təklif etmək niyyətindədir ki, o, müqaviləni vaxtından əvvəl ləğv edib klubu tərk etməyə razı olsun.

Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Bildirilir ki, ter Stegen üçün belə bir təklifi qəbul etmək çətin olacaq, çünki o, karyerasını İspaniya nəhəngində davam etdirmək istədiyini daha əvvəl açıq şəkildə bəyan edib.

Qeyd edək ki, alman qolkiperin Kataloniya klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Daha əvvəl mətbuatda "Barselona"nın zədəsini sağaltdıqdan sonra davranışına görə 33 yaşlı qolkiperlə hesablaşmadığı haqda məlumat yayılıb. Xüsusilə, ter Ştegen Çempionlar Liqasının yarımfinalında "İnter"lə (4:3) keçiriləcək qarşılaşma üçün komanda ilə Milana uçmaqdan imtina edib, çünki oyun üçün heyətə daxil edilməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest