07 İyun 2025, 12:36
FUTBOL
"Əl-Nəsr" "Barselona"nın mərkəz müdafiəçisi Andreas Kristensenlə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Bildirilir ki, Səudiyyə klubu 29 yaşlı futbolçunun maaşını iki dəfədən çox artıra bilər. Kataloniyalılar danimarkalı oyunçunu buraxmağa hazırdır, lakin onun gedişində israr etməyəcək. Kristensen "Barselona"da müqaviləsinin sonuna qədər qalmaq istəyir, lakin ona "Əl-Nəsr"dən hələ rəsmi təklif gəlməyib.
Qeyd edək ki, Kristensen zədə səbəbindən keçən mövsümün çox hissəsini oynaya bilməyib. O, bütün yarışlarda cəmi altı görüşdə iştirak edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında oyunçunun dəyəri 15 milyon avrodur.