07 İyun 2025, 11:40
FUTBOL
"Real" "Komo"da çıxış edən yarımmüdafiəçi Nikolas Pasın geri alınması variantını aktivləşdirməmək qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə "OK Diario" məlumat yayıb.
Bildirilir ki, madridlilər İtaliya klubuna 8 milyon avro ödəməklə akademiya məzununu geri qaytara bilərdi, lakin yarımmüdafiəçi Franko Mastantuononun komandaya qoşulmasından sonra onu almağı planlaşdırmırlar.
Futbolçu özü də başa düşür ki, Mastantuononun "Real"a gəlişi ilə oyun praktikasında çatışmazlıq yarana bilər.
Qeyd edək ki, argentinalı futbolçu 2024-ci ilin yayında "Komo"ya keçib. 20 yaşlı yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi hesablanıb. "Transfermarkt" portalında futbolçunun dəyəri 35 milyon avrodur.