06 İyun 2025, 19:16
FUTBOL
"Roma" Can Pyero Qasperinini komandaya baş məşqçi təyin etdiyini açıqlayıb.
Matc.az xəbər verir ki, bu bartədə klubun mətbuat xidməti məlumat paylaşıb.
67 yaşlı mütəxəssislə müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.
Xatırladaq ki, Qasperininin son iş yeri 2016-cı ilin yayından rəhbərlik etdiyi "Atalanta" olub. Onun rəhbərliyi altında komanda bütün yarışlarda 439 oyun keçirib, 228 dəfə qalib gəlib, 101 dəfə heç-heçə edib, 110 dəfə məğlub olub. 2023/2024 mövsümündə isə "Atalanta" Avropa Liqasının qalibi olub.