25 Oktyabr 2026, 00:23
FUTBOL
"Futbolçular əllərindən gələni etdilər, sadəcə qələbə qazanmaq nəsib olmadı. Buna da şükür"
Azərbaycan Premyer Liqasının IX turunda səfərdə “Neftçi” ilə 1:1 hesablı heç-heçə edən "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev oyunla bağlı açıqlama verib. Matc.az xəbər verir ki, klub rəsmisi qarşılaşmanı və komandanın oyununu dəyərləndirib. Onun fikrincə, komanda yaxşı çıxış etdi və bu, onu qane edir: “Belə davam etdiyimiz müddətdə istədiyimiz nailiyyətləri əldə edəcəyik”.
Quliyev bildirib ki, komandası say üstünlüyündən yararlana bilməyib: “Matçın əvvəlindən üstün oynayırdıq. 11-in 11-ə oynayarkən də üstünlük bizim tərəfimizdə idi. Oyun planımız hücum futbolu sərgiləmək idi, uşaqlar da irəlidə oynayırdılar. Futbolçular əllərindən gələni etdilər, sadəcə qələbə qazanmaq nəsib olmadı. Buna da şükür”.
“Turan Tovuz” bu gün iki xal itirdi, yoxsa bir xal qazandı” sualına gəlincə, Quliyev bildirib ki, komandası bu gün biz bir xal qazanmadı, iki xal itirdi.







_1792873270.jpg)





