Azərbaycanın U-16 milli komandasının FIFA U-15 Dünya Çempionatı və Festivalı çərçivəsində Hövsan Yarış Kompleksində açıq məşqi təşkil olunacaq.
Azərbaycanın U-16 milli komandasının FIFA U-15 Dünya Çempionatı və Festivalı çərçivəsində Hövsan Yarış Kompleksində açıq məşqi təşkil olunacaq.
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, oktyabrın 22-də saat 16:30-da başlayacaq məşqdən əvvəl baş məşqçinin iştirakı ilə brifinq keçiriləcək. Məşqin ilk 15 dəqiqəsi isə media nümayəndələri üçün açıq olacaq. Media nümayəndələrindən saat 16:00-da Hövsan Yarış Kompleksində olmaları xahiş olunur.
Qeyd edək ki, məşqdə yalnız akkreditasiyadan keçmiş media nümayəndələri iştirak edə bilərlər. Akkreditasiyaları Atletlər Kəndinin Akkreditasiya Mərkəzindən hər gün saat 10:00-dan 21:00-dək əldə etmək mümkündür.












