Mərakeş Kral Futbol Federasiyasının (FRMF) rəhbəri Fuzi Lekja 2030-cu il futbol üzrə dünya çempionatının final mərhələsinin Mərakeşdə keçirilməsi üçün bütün lazımi tədbirləri görəcək.

Matc.az xəbər verir ki, bu barədə "Goal" portalı məlumat yayıb.

Bildirilir ki, o, parlament seçkiləri öncəsi təşviqat kampaniyasında çıxış edərkən maraqlı bəyanatla çıxış edib.

"Kimin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, Mərakeşin 2030-cu il dünya çempionatının finalına ev sahibliyi etməsi üçün bütün institutları və bütün mərakeşliləri səfərbər edəcəyik", - deyə Fuzi Lekja qeyd edib.

Əvvəllər Lekja dünya çempionatının final matçının Mərakeşdəki "Həsən II" stadionunda keçiriləcəyini bəyan etsə də, Beynəlxalq Futbol Federasiyası (FİFA) bu məlumatı təsdiqləməyib.

2030-cu il futbol üzrə dünya çempionatının İspaniya, Portuqaliya və Mərakeşdə keçirilməsi planlaşdırılır. Finalın təşkilinə, həmçinin Madriddəki "Santiyaqo Bernabeu" stadionu da iddialıdır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest