Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatnın J qrupunda Əlcəzairə qarşı keçirilən oyunda het-trik edərək veteran rekorduna imza atıb.
Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatnın J qrupunda Əlcəzairə qarşı keçirilən oyunda het-trik edərək veteran rekorduna imza atıb.
Matc.az xəbər verir ki, mundialda Əlcəzair üzərində 3:0 hesablı qələbə qazanan Argentinanın heyətində ulduz futbolçu 17, 60 və 76-cı dəqiqələrdə qolları rəqib qapısına vurub.
38 yaşlı futbolçu dünya çempionatı tarixində het-trik edən ən yaşlı oyunçu ünvanını qazanıb. Bununla da o, İspaniya ilə 3:3 bitən matçda 33 yaşında het-trik edən portuqaliyalı Kriştiano Ronaldonun rekordunu geridə qoyub.
Eyni zamanda, Messi bu qarşılaşmada vurduğu qollarla Miroslav Klozenin dünya çempionatındakı ümumi qol rekordunu təkrarlamağı bacarıb.
Argentina millisi qrupdakı növbəti oyununu iyunun 22-də Avstriyaya qarşı keçirəcək.













