"Kəpəz" qapıçı Məmməd Hüseynovla yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı qolkiperin klubla müqaviləsi başa çatıb.

Qeyd edək ki, 2024-cü ilin yayında "Kəpəz"ə qoşulan Məmməd Hüseynov ötən mövsüm Misli Premyer Liqasında 7 matçda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest