Madridın "Real" klubu PSJ-nin hücumçusu Usman Dembeleni transfer etmək variantını nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə "TRT Spor" telekanalı məlumat yayıb.

Madrid təmsilçisinin prezidenti Florentino Peres bu yay hücum xəttini gücləndirmək üçün səs-küylü bir transfərə imza atmaq niyyətindədir. Heyəti gücləndirmək məqsədilə artıq bir neçə perspektivli namizədi nəzərdən keçirən klub rəhbərliyi üçün Dembele əsas prioritetlərdən biri hesab olunur. Fransa klubunun forvardını heyətə qatmaq üçün yay transfer pəncərəsində komandadan ayrıla biləcək Brahim Diasın satılması variantı da masadadır.

Qeyd edək ki, Dembelenin Paris klubu ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Bir müddət əvvəl mətbuatda "Kral klubu"nun "Atletiko"nun hücumçusu Xulian Alvaresi transfer etmək cəhdlərini dayandırdığı barədə məlumatlar yayılmışdı.

Geridə qalan mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə 37 oyuna çıxan Dembele 19 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Fransalı futbolçu hazırda "Qızıl top" mükafatının son sahibidir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest