12 İyun 2026, 12:09
FUTBOL
"Osasuna"nın futbolçusu Vktor Munyos karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Nyukasl" ispaniyalı vingerin keçidini yekunlaşdırmaq üzrədir. Munyosun "ağ-qaralar"a keçidi 30 milyon avroya başa gələcək. 22 yaşlı oyunçunun sabiqq klubu "Real" onun satışından 50 faiz pay əldə edəcək.
Qeyd edək ki, İspaniya millisinin üzvü olan Viktor Munyos ötən mövsüm "Osasuna"nın heyətində keçirdiyi 36 oyunda 7 qol vurub, 5 qol ötürməsi edib.










_1781257416.jpg)


