19 May 2026, 11:59
MPL
Bir müddət əvvəl "Kəpəz"lə peşəkar müqavilə imzalayan akademiyanın yetirmələri Şahnur İsmayılov və Raul İsaqov Azərbaycan Premyer Liqasının son iki turunda debüt ediblər.
Matc.az xəbər verir ki, Şahnur İsmayılov ilk oyununa 19 yaş 22 günlüyündə çıxıb. Raul İsaqov isə Premyer Liqada debüt edərkən 16 yaş 162 günlük olub.
Bununla da Raul İsaqov “Kəpəz”in Premyer Liqa tarixində debüt edən ən gənc futbolçu adına sahib çıxıb.












_1779145636.jpg)
