13 May 2026, 09:20
FUTBOL
"İnter Mayami"nin hücumçusu Lionel Messi bu mövsüm MLS-də ən çox qazanan oyunçudur.
Matc.az xəbər verir ki, bu barədə məlumat "mlsplayers.org" tərəfindən dərc edilmiş hesabatda yer alıb.
Argentinalı futbolçunun 2026-cı il mövsümü üçün maaşı 28,3 milyon dollardır. "Los Angeles"in hücumçusu Son Hınq Min siyahıda ikinci yerdədir (11,1 milyon dollar), "İnter Mayami"nin oyunçusu Rodriqo De Pol isə 9,7 milyon dollarla ilk "üçlüy"ü tamamlayır.
Xatırladaq ki, Messi 2023-cü ildən "İnter Mayami"də oynayır. Argentinalı futbolçunun Florida komandası ilə müqaviləsi 2028-ci ilin sonuna qədərdir.













